az   en   ru
Katushka Lighting Stairs Paving grey Lawn Park Blocks Paving white Walkway Paving black Paving red with shadow Paving white black Paving red Lawn stone

Şirkət haqqında


Biz Azərbaycanda vibrobeton istehsalında ən müasir və təcrübəli şirkətlərdən biriyik. Avropanın bu sahə üzrə ən qabaqcıl avadanlığını istifadə edərək, biz müştərilərə yüksək keyfiyyətli beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər məhsullar təklif edirik.

İstifadə etdiyimiz yarım quru vibropresləmə tikinti materiallarının istehsalında ən səmərəli texnologiyadır ki, bizə yalnız press-formaların dəyişməsi ilə müxtəlif məhsulları istehsal etmək və müştərilərimizə təmin etmək imkanı verir. Sistemin proqram təminatı texnoloji prosesin hər bir mərhələsinə nəzarət edir və bunun nəticəsində zəmanətli, yüksək keyfiyyətli və dəqiq formaya malik beton məhsullar əldə etmək mümkün olur.

Beton məhsulların istehsalı üçün sement tozu, su, qum və çınqıldan ibarət bir qarışıq istifadə olunur. Nəticədə möhkəmliyi, istiliyə və soyuğa davamlılığı, dəqiq forması, yüngüllüyü və qənaətçiliyi ilə digər tikinti məhsullarından fərqlənən məhsul istehsal olunur.

Bu növ beton arakəsmələr Avropa və Şimali Amerika qitəsində evlərin, yaşayış binalarının və iri-miqyaslı digər tikililərin inşasında istifadə olunan əsas tikinti materialıdır. Eyni zamanda, "Keystone" tərəfindən istehsal olunan yer, səki və qazon daşların analoqları artıq dünyanın demək olar ki, hər bir ölkəsində geniş istifadə olunurlar. 

Seçdiyimiz üsül sıfır tullantılı texnologiyadır ki, bütün istehsal prosesinin ekoloji baxımdan təhlükəsizliyini təmin edir. Bizim istehsal sahəmiz yüksək tempreturlar, alov, tüstü və ətrafa zərər verə biləcək digər amillərdən tam azaddır. 

Məhsullarımız müvafiq beynəlxalq standartların gözlənilməsi ilə istehsal olunur:

  1. BSEN 1338:2003
  2. BSEN 771-3
  3. BS 7533-3:2005
  4. ASTM C90-11b
  5. “Daş hörgüsü və daş hörgüsü üçün məhsullar – Termotexniki göstəricilərin təyin olunması metodları”

Üstünlüklərimiz

Yanğına və təbii təsirlərə dözümlülük;

Qənaətçilik;

Dəqiq ölçülər;

Rəngin davamlılığı və s.

Qiymət cədvəlini yükləyin


Bizi tapın